Reklam resmi
Reklam resmi

BMT Baş Assambleyasının 80-ci sessiyası BAŞLADI

BMT Baş Assambleyasının 80-ci sessiyası BAŞLADI
Dünya

BMT Baş Assambleyasının yubiley - 80-ci sessiyası öz işinə başlayıb.

Ajans.az xəbər verir ki, İclasın sədri, Almaniyanın sabiq xarici işlər naziri Annalena Baerbok plenar iclası açıb və o, öz vəzifələrini qərəzsiz yerinə yetirəcəyini vəd edərək çıxış edib.

"80-ci sessiyanı açaraq, mən bu təşkilatın bütün 193 üzv ölkəsinə bərabər xidmət göstərməyə sadiqəm. Mən qərəzsiz, yalnız BMT Nizamnaməsini rəhbər tutaraq vasitəçi olacağam. Mən hər kəslə, o cümlədən çox vaxt diqqətdən kənarda qalanlarla məsləhətləşəcəyəm və dinləyəcəyəm.", - o deyib.

Berbok 80-ci sessiyanın əsas hadisələrindən biri kimi qarşıdan gələn BMT Baş katibi seçkilərini qeyd edib.

Qeyd edək ki, təşkilatın hazırkı rəhbəri Antonio Quterreşin səlahiyyətləri 2026-cı ilin sonunda başa çatır.

Mövzular:
BMT Baş Assambleya sessiya

Digər Xəbərlər