Reklam resmi
Reklam resmi

Nepalın keçmiş baş nazirinin həyat yoldaşı vəfat edib

Nepalın keçmiş baş nazirinin həyat yoldaşı vəfat edib
Dünya

Nepalın keçmiş baş naziri Jal Nath Khanalın həyat yoldaşı Rajya Lakshmi Chitrakar Katmanduda baş verən iğtişaşlar zamanı aldığı yanıq xəsarətləri nəticəsində həyatını itirib.

Ajans.az xəbər verir ki,bu barədə yerli "Khabarhub" nəşri məlumat yayıb.

Məlumata görə, etirazçılar Çitrakarı evin içərisində kilidləyərək yaşayış binasını yandırıblar. Ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Çitrakarın vəziyyəti əvvəlcədən "kritik" qiymətləndirilirdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Katmanduda hökumətə qarşı kütləvi etirazlar ölkədə sosial media platformalarının – YouTube, X (keçmiş Twitter), LinkedIn, Reddit, WhatsApp, Facebook və Instagram – bloklanmasından sonra başlayıb. Etirazçılar bir neçə dövlət binasını və parlament binasını yandırıblar.

Hazırda ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunub, komendant saatı elan edilib və vəziyyətə nəzarət etmək üçün əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Nepal etirazlar

Digər Xəbərlər