Avropa Parlamenti üzvü Qrzeqorz Braun AB bayrağını yandırıb
Polşalı Avropa Parlamenti üzvü Qrzeqorz Braun Avropa İttifaqına qarşı sərt etiraz əlaməti olaraq AB bayrağını yandırıb. Hadisə Polşa hökumət binasının qarşısında baş verib.
Ajans.az xəbər verir ki,Braun açıqlamasında bildirib ki, Avropa İttifaqını "düşmən təşkilat" hesab edir və onun simvollarının Polşada nümayiş etdirilməsinə qarşı çıxır.
“Bura Polşadır, Brüssel deyil,” – deyə o, hadisə zamanı vurğulayıb.
Hadisə ictimaiyyət və siyasi dairələrdə ciddi rezonans doğurub. Avropa İttifaqı və Polşa hökuməti tərəfindən məsələ ilə bağlı hələlik rəsmi reaksiya verilməyib.
Qrzeqorz Braun Polşada sağçı mühafizəkar dairələrə yaxınlığı ilə tanınır və daha öncə də AB əleyhinə açıqlamaları ilə gündəmə gəlib.
????????POLAND: EU Parliament Grzegorz Braun burned the EUROPE FLAG ???????? Polish Member for the EU Parliament Grzegorz Braun just removed the EU Flag outside Government building . He stated that Poland would not display the symbols of what he called a hostile organization. "This is… pic.twitter.com/OwZdlAUZbL
— Fatima Khan (@Fatima_Khatun01) September 9, 2025