Ajans.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə adı açıqlanmayan Qətər rəsmisi məlumat verib .

"Qətərin baş naziri israr etdi ki, HƏMAS Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı ABŞ-nin son təklifinə müsbət cavab versin", - agentliyin mənbəsi bildirib.

Sentyabrın 7-də ABŞ prezidenti Donald Tramp HƏMAS-dan Qəzza zolağında münaqişənin həlli ilə bağlı şərtlərinin qəbulunu tələb edib.

HƏMAS şərtləri müzakirə etmək üçün danışıqlar masasına qayıtmağa hazır olduqlarını təsdiqləyib.