Tramp HƏMAS-a sərt xəbərdarlıq: “Bu mənim son xəbərdarlığımdır!”
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsə dair danışıqlarla bağlı HƏMAS-a sərt mesaj ünvanlayıb.
Ajans.az xəbər verir ki,o,sosial media platforması Truth Social-da yayımladığı açıqlamada HƏMAS-ı atəşkəs üçün təklif olunan şərtləri qəbul etməyə çağırıb və bunun "son xəbərdarlıq" olduğunu bildirib.
“İsraillilər mənim şərtlərimi qəbul etdilər, indi HƏMAS-ın onları qəbul etmə vaxtıdır”, – deyə Tramp yazıb. “Bu mənim son xəbərdarlığımdır, bir daha xəbərdarlıq olmayacaq!”
Tramp bildirib ki, hər kəsin məqsədi əsirlərin azad olunması və müharibənin bitməsidir:
"Hər kəs məhbusların evlərinə qayıtmasını istəyir. Hamı istəyir ki, bu müharibə bitsin!"
Onun bu bəyanatı İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza zolağının tam işğalı ilə bağlı açıqlamasından sonra gəlib. Xatırladaq ki, 2024-cü ilin yanvarın 19-da qüvvəyə minmiş atəşkəsin pozulmasından sonra, martın 18-də İsrail ordusu Qəzzada hücumlarını yenidən intensivləşdirib.
İsrail ordusu hazırda Qəzza zolağının tam işğalını hədəfləyən planı mərhələli şəkildə həyata keçirməyə başlayıb. Baş nazir Netanyahu yaxın günlərdə verdiyi açıqlamada Qəzzanın tam işğal ediləcəyini rəsmi şəkildə bəyan edib.