Ajans.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Kotrikadze 2003-cü ildən Rusiyanın televiziya məkanında işləyir. 2020-ci ilin sentyabrından o, "Dojd" telekanalının informasiya xidmətinin rəhbəri və aparıcısıdır. 

28 oktyabr 2022-ci ildə Rusiya Ədliyyə Nazirliyi onu xarici agentlər siyahısına daxil edib.

2025-ci ilin iyulunda Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi Kotrikadze və “Dojd”un digər iki jurnalisti Valeriya Ratnikova və Tixon Dzyadkoya qarşı cinayət işi açıb.

Ona qarşı Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaydığına və xarici agent kimi vəzifəsindən yayındığına görə cinayət işi açılıb.