Reklam resmi
Reklam resmi

16 mindən çox köçkün Ermənistan vətəndaşlığını qəbul edib

16 mindən çox köçkün Ermənistan vətəndaşlığını qəbul edib
Cəmiyyət

Dağlıq Qarabağdan olan 16 mindən çox məcburi köçkün Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.

Ajans.az xəbər verir ki,bu barədə Ermənistanın daxili işlər nazirinin müavini Armen Qazaryan sentyabrın 5-də parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin iclasında məlumat verib.

Nazir müavininin sözlərinə görə, qeyd olunan şəxslərin 5 mindən çoxunu avtomatik olaraq Ermənistan vətəndaşı olan yetkinlik yaşına çatmayan şəxslər təşkil edir. Onlar valideynlərinin yeni pasport alması ilə birlikdə vətəndaşlıq əldə ediblər.

“Bu göstəricilər sentyabrın 2-nə olan rəsmi məlumatlara əsaslanır”, – deyə Qazaryan əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin payızında Qarabağdan kütləvi köç dalğası nəticəsində on minlərlə insan Ermənistan ərazisinə keçmişdi. Ermənistan hökuməti onların hüquqi statusunun tənzimlənməsi istiqamətində vətəndaşlıq məsələlərinə dair prosedurlar həyata keçirir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Qarabağ Ermənistan

Digər Xəbərlər