Tramp: ABŞ Rusiya və Hindistanı Çinə uduzub
ABŞ prezidenti Donald Tramp Rusiya və Hindistanla münasibətlərə dair bədbin açıqlama verib. O, bu ölkələrin Çinin təsir dairəsinə keçdiyini bildirib.
Ajans.az xəbər verir ki,Tramp öz “Truth Social” sosial şəbəkəsində paylaşdığı mesajda Vaşinqtonun həm Moskvaya, həm də Nyu-Dehliyə təsir imkanlarını itirdiyini qeyd edib.
“Deyəsən biz Hindistan və Rusiyanı dərin, qaranlıq Çinə itirmişik. Onlara birlikdə uzun və firavan gələcək arzulayıram!” – deyə ABŞ lideri yazıb.
Tramp bu şərhini Rusiya prezidenti Vladimir Putin, Hindistanın baş naziri Narendra Modi və Çin lideri Si Cinpinin birgə çəkilmiş fotosu ilə müşayiət edib. Həmin görüntü üç ölkə arasında güclənən əməkdaşlığa işarə kimi təqdim olunub.
Bu açıqlama beynəlxalq münasibətlərdə gedən dəyişikliklər fonunda Trampın ABŞ-ın xarici siyasət kursuna yönəlik tənqidi mövqeyini bir daha nümayiş etdirib. O, daha əvvəl də ABŞ-ın strateji tərəfdaşlarla münasibətlərini zəiflətməkdə hazırkı administrasiyanı ittiham etmişdi.