Reklam resmi
Reklam resmi

ABŞ məhkəməsi Trampın Harvard üçün ayırdığı maliyyəni ləğv etdi

ABŞ məhkəməsi Trampın Harvard üçün ayırdığı maliyyəni ləğv etdi
Dünya

ABŞ-ın federal məhkəməsi sabiq prezident Donald Tramp administrasiyasının Harvard Universitetinə ayırdığı təxminən 2 milyard dollarlıq dövlət maliyyələşməsini ləğv edib.

Ajans.az xəbər verir ki,Hakim Allison Burroughs qərarında qeyd edib ki, bu addım ABŞ Konstitusiyasının Birinci düzəlişini – yəni söz azadlığını pozur və siyasi motivlidir.

Tramp administrasiyası bu ilin aprel ayında universiteti antisemitizm, radikal sol ideologiyalar və irqi ayrı-seçkilikdə ittiham edərək federal qrantların dayandırıldığını açıqlamışdı. Lakin hakim hesab edir ki, bu addım siyasi təzyiq məqsədi daşıyıb və "ideoloji hücum" xarakteri daşıyır.

Ağ Ev qərarı “qanunsuz” adlandırıb və apellyasiya şikayəti verəcəyini bildirib. Ağ Evin sözçüsü qeyd edib ki, "Harvard vergi ödəyicilərinin vəsaitinə konstitusiya ilə təmin olunmuş hüquqa sahib deyil".

Harvard Universitetinin prezidenti Alan Qarber qərarı alqışlayaraq bildirib:

“Heç bir hökumət özəl universitetlərin nəyi öyrədə biləcəyini, kimi qəbul edib işə götürəcəyini və hansı sahələrdə tədqiqat aparacağını diktə etməməlidir”.

Qərar həm də hökumətə universitetin mövcud qrantlarını da dondurmağı qadağan edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Harvard

Digər Xəbərlər