Reklam resmi
Reklam resmi

Rusiya nümayəndə heyəti MDB Oyunları çərçivəsində Azərbaycana səfər edəcək

Rusiya nümayəndə heyəti MDB Oyunları çərçivəsində Azərbaycana səfər edəcək
İdman

Rusiya İdman Nazirliyinin və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarev, Rusiyanın Azərbaycana nümayəndə heyəti göndərməyə hazırlaşdığını açıqlayıb.

Ajans.az xəbər verir ki,bu barədə TASS agentliyi məlumat yayıb.

Deqtyarevin sözlərinə görə, nümayəndə heyəti Bakıda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək:

“Beynəlxalq formatlar ölkələrarası formatda inkişaf edir. Nümayəndə heyətimiz MDB Oyunlarının keçiriləcəyi Bakıya getməyə hazırlaşır. Azərbaycanın gənclər və idman naziri cənab Fərid Qaibov məni şəxsən bu tədbirə dəvət edib, lakin səfərimlə bağlı qərarımı ayrıca verəcəyəm.”

Qeyd edək ki, III MDB Oyunları 2025-ci il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan paytaxtı Bakıda təşkil olunacaq. Yarışda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin idmançıları iştirak edəcək.

MDB Oyunları, üzv ölkələr arasında idman və gənclər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, dostluq və qarşılıqlı anlayışın möhkəmləndirilməsi məqsədi daşıyır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya MDB Oyunları

Digər Xəbərlər