Reklam resmi
Reklam resmi

Survivor iştirakçısı əmisi qızının keçmiş əri ilə evləndi

Survivor iştirakçısı əmisi qızının keçmiş əri ilə evləndi
Şou Biznes

"Survivor" yarışması ilə tanınan və sosial şəbəkələrdə geniş izləyici kütləsinə sahib olan Kardeniz Kılıç şəxsi həyatı ilə bu dəfə medianın diqqət mərkəzinə düşüb. Dünən gecə İzmirdə baş tutan toy mərasimi cəmiyyətdə geniş rezonans doğurub.Məşhur influencer və keçmiş yarışma iştirakçısı Kılıçın ailə üzvlərinin toyda iştirak etməməsi suallar doğurmuşdu.

Ajans.az xəbər verir ki,bu məsələyə jurnalist Bilal Özcan aydınlıq gətirib. Onun sözlərinə görə, Kardeniz Kılıç əmisi qızının keçmiş əri Mahir Bektaşla ailə qurub. Bu səbəbdən ailə üzvlərinin toy mərasiminə qatılmadığı bildirilir. Məlumat ictimaiyyət arasında mübahisələrə səbəb olub və sosial mediada qızğın müzakirələrə yol açıb.

Fevral ayında Hollandiyada aldığı romantik evlilik təklifi ilə gündəmə gələn Kılıç bu anları izləyiciləri ilə paylaşmış, lakin həyat yoldaşının üzünü gizlətməsi marağa səbəb olmuşdu. Minlərlə bəyənmə toplayan fotolar bir çox media platformasında trend mövzusuna çevrilmişdi.

İzmirdə keçirilən toy mərasimində Kılıç iki fərqli gəlinlik geyinərək diqqət çəkib. Onun yaxın dostu, "Survivor" iştirakçısı Aleyna Kalaycıoğlu da mərasimə qatılıb. Kalaycıoğlu sosial mediada paylaşılan fotolardan birinə "Ağlayacağam" şərhini yazaraq dostuna olan dəstəyini ifadə edib.

Toyun ardından üzə çıxan ailədaxili münasibətlər və qalmaqallı nigah sosial media istifadəçiləri arasında fikir ayrılığı yaradıb. Bəziləri Kılıçın şəxsi seçimlərinə hörmətlə yanaşmaq lazım olduğunu qeyd etsə də, bəziləri ailədaxili sərhədlərin aşılmasını tənqid edib.

Hazırda nə Kardeniz Kılıç, nə də onun həyat yoldaşı Mahir Bektaş məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Kardeniz Kılıç Survivor

Digər Xəbərlər