Reklam resmi
Reklam resmi

Bu ölkədə matəm ELAN EDİLDİ

Bu ölkədə matəm ELAN EDİLDİ
Dünya
700

Portuqaliya hökuməti Lissabonda baş vermiş dəhşətli qəza ilə əlaqədar 4 sentyabr tarixini milli matəm günü elan edib.

Ajans.az xəbər verir ki,bu barədə ölkə prezidenti Marselo Rebelo de Sousa məlumat verib.

Sentyabrın 3-də axşam saatlarında Lissabonun mərkəzində yerləşən məşhur “Qloriya” funikulyoru relsdən çıxaraq qəza törədib. Hadisə nəticəsində 15 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prezident Marselo Rebelo de Sousa hökumətin qərarını təsdiqləyərək, faciədə həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq 4 sentyabrın ümummilli matəm günü elan edildiyini bildirib.

Bununla yanaşı, Lissabon meri Karlos Moedas şəhər ərazisində üçgünlük matəm elan edib. Hadisə ilə bağlı aparılan araşdırmalar davam etdiyi müddətdə şəhərdəki bütün funikulyorların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Portuqaliya Lissabon

Digər Xəbərlər