Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu bu bölgədə KEÇİRİLƏCƏK
Yaxın vaxtlarda Qarabağda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumu keçiriləcək.
Ajans.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, forum "Konstitusiya və Suverenlik İli"nə həsr olunacaq.
Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi hazırlıq görüldüyünü diqqətə çatdırıb:
"Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxı şəhərlərində keçirilib.
Yəni ilk dəfədir ki, proqramın azad edilmiş ərazilərdə təşkili nəzərdə tutulur".
Xatırladaq ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması hesab edilən illik toplantısı - Əməkdaşlıq Forumu artıq üç ildir təşkil olunur.
Tədbir 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda Zəngilanda yerləşən Konqres Mərkəzində keçirilib.