Banan yenidən sənət əsərinə çevrildi: 12 min dollara satıldı
Danimarkalı sənətçi Tira Hilden sadə bir meyvəni – bananı – çağdaş sənət əsərinə çevirdi. O, bananı iki hissəyə bölərək divara asdı və əsərinə “Eşit Hiciv” adını verdi.
Ajans.az xəbər verir ki,sənətçi açıqlamasında əsəri ilə cinsiyyət bərabərliyinə diqqət çəkmək istədiyini bildirib. Bir sənət tədbirində nümayiş etdirilən əsər böyük maraq doğurub. Divara asılan banan təxminən 81 min Danimarka kronuna (12 min dollara) alıcı tapıb.
Əsərin yeni sahibi, meyvənin çürümə ehtimalına qarşı hər gün divara yeni banan asacağını açıqlayıb.
Xatırladaq ki, banan daha əvvəl də çağdaş sənət dünyasında əsər kimi təqdim olunaraq geniş müzakirələrə səbəb olmuşdu.
Mövzular: