Reklam resmi
Reklam resmi

Rusiya və Çin arasında vizasız rejim tətbiq olunacaq

Rusiya və Çin arasında vizasız rejim tətbiq olunacaq
Dünya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Çin vətəndaşları üçün vizaların qarşılıqlı ləğvi istiqamətində iş aparıldığını açıqlayıb.

Ajans.az xəbər verir ki,o, bunu TASS-a müsahibəsində bildirib.

Zaxarovanın sözlərinə görə, proses üzərində hazırda müvafiq işlər gedir.

Qeyd edək ki, daha əvvəl Rusiya Səyahət Agentlikləri Alyansının vitse-prezidenti Aleksan Mkrtçyan vizasız gediş-gəlişin tətbiqindən sonra rus turistlərin Çinə kütləvi axınının olacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, bu addım turist axınını ən azı 30 faiz artıracaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Xarici İşlər Nazirliyi Çin

Digər Xəbərlər