Reklam resmi
Reklam resmi

ABŞ narkotik daşıyan gəmini VURDU

ABŞ narkotik daşıyan gəmini VURDU
Dünya

ABŞ Karib dənizinin Venesuela sahillərində narkotik daşımaqda şübhəli bilinən gəmini atəşə tutub.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

"Bir neçə dəqiqə əvvəl biz, sözün əsl mənasında, narkotiklərlə dolu bir gəmini atəşə tutduq", – deyə Tramp qeyd edib.

O, hadisə ilə bağlı əlavə detalları açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin üç esminesini Venesuela sahillərinə, Karib hövzəsinin cənub hissəsinə göndərmişdi.

Bu addım "narkokartellərə qarşı əməliyyatların aparılması" məqsədi ilə atılmışdı.

Bundan əlavə, "USS Newport News" adlı atom sualtı qayığının, "USS Lake Erie" raket kreyserinin, desant gəmilərinin və 4 500 hərbçinin də bölgəyə göndərildiyi bildirilmişdi.

Mövzular:
ABŞ gəmi vurdu Karib dənizi

Digər Xəbərlər