Reklam resmi
Reklam resmi

ABŞ bəzi gəmi və şirkətlərə bu səbəbdən sanksiya TƏTBİQ ETDİ

ABŞ bəzi gəmi və şirkətlərə  bu səbəbdən sanksiya TƏTBİQ ETDİ
Dünya

ABŞ İran neftinin daşınmasını həyata keçirən şirkət və gəmilərə sanksiyalar tətbiq edib.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc olunub.

Məlumatda bildirilib ki, İran neftini İraq nefti adı altında qaçaqmalçılıq yolu ilə daşıyan gəmi və şirkətlərin sahibi Valid əl-Samirrai adlı biznesmendir.

Onun rəhbərlik etdiyi şəbəkə gizli şəkildə İraq və İran neftlərini qarışdırır və İraq nefti kimi beynəlxalq bazara çıxarır ki, burada məqsəd ABŞ sanksiyalarından yayınmaqdır.

Nazirliyin məlumatına görə, İran hökuməti və sözügedən biznesmen bu yolla yüz milyonlarla dollar qazanıb.

“İranın neft gəlirini hədəfə almaqla rejimin ABŞ-a və müttəfiqlərinə qarşı hücum qabiliyyətini deqradasiyaya uğradacağıq”, - ABŞ Maliyyə Nazirliyindən bildirilib.

Mövzular:
ABŞ sanksiya İran neft

Digər Xəbərlər