Reklam resmi
Reklam resmi

Tələbə və təqaüdçülərə ŞAD XƏBƏR- Gediş haqlarında güzəşt təklifləri

Tələbə və təqaüdçülərə ŞAD XƏBƏR- Gediş haqlarında güzəşt təklifləri
Cəmiyyət
320

Davamlı olaraq bir neçə gündür ki, mətbuatda gediş haqlarının artırılması ilə bağlı fikirlər yayılıb. Gediş haqlarında artım ictimai nəqliyyatdan istifadə edən əhalinin çoxu tərəfindən birmənalı qarşılanmayıb.

Ajans.az mövzunu geniş araşdırıb. 

Məsələ ilə bağlı deputat Vüqar Bayramov Ajans.az-a açıqlama verib. 

Ekspert bildirib ki, ictimai nəqliyyatda qiymətlərin tənzimlənməsi Tarif Şurasının səlahiyyətinə  daxildir. Qiymət artımı ilə  bağlı isə,  hələ ki, rəsmi açıqlama qəbul edilməyib. Tarif Şurasına bir neçə məsələ ilə bağlı təkliflər hazırlanaraq təqdim edilib. 

Bu təkliflərə fərqli kartların tətbiq edilməsi( bir neçə ölkədə olduğu kimi), məsafədən asılı olaraq qiymətin hesablanması daxildir. 

Vüqar Bayramov qeyd edib ki, bəzi hallarda sərnişinlər uzun və ya qısa məsafədən olaraq eyni gediş haqqını  ödəyirlər. Lakin bu proses dəyişilməlidir. Məsafəyə uyğun olaraq, vətəndaş müəyyən məbləğdə pul ödəməlidir. 

Həmçinin, günlük, həftəlik, aylıq kartlara da ehtiyac var. İctimai nəqliyyatdan istifadə edən sərnişinlər bu kartlardan yararlana bilərlər. Bu da vəsaitə qənaət edilməsinə şərait yarada bilər. 

Deputat söyləyib ki, təkliflərdən biri də həssas qruplar üçün güzəştlərin tətbiq edilməsidir. Bu da həm tələbələr, həm də təqaüdçülər üçün keçərlidir. Əlverişli olardı ki, həmin şəxslər ictimai nəqliyyatdan güzəştli şərtlər ilə istifadə edə bilsinlər. Oxşar güzəştlərin Azərbaycanda da tətbiq edilməsi ilə bağlı təkliflərə hələ ki, rəsmi cavab yoxdur.

author picture
Zərif Sofiyeva
Mövzular:
Gediş haqları Vüqar Bayramov Açıqlama Təkliflər Tarif Şurası

Digər Xəbərlər