Trampı hədələdiyi üçün həbs edilən qadın evə buraxılıb
Nyu-York sakini Nathalie Rose Jones, ABŞ-ın sabiq prezidenti Donald Trampı öldürmək niyyəti ilə təhdid etdiyi iddiası ilə həbs olunmuşdu. O, sosial şəbəkələrdə təhdid xarakterli paylaşımları səbəbindən Federal Təhqiqatlar Bürosu (FBI) tərəfindən diqqətə alınıb və Vaşinqtonda həbs edilmişdi.
Ajans.az The New York Post-a istinadən xəbər verir ki,avqustun 27-də Jones elektron monitorinq altında evə buraxılıb və psixiatrla görüşməsi tələb olunub. Bu qərarı ABŞ-ın magistrat hakimi Ceyms Boasberq verib. Hakim qərarda, Jones-un təhlükəsizlik və psixi sağlamlıq vəziyyətinin nəzərə alınaraq evə buraxılmasının mümkün olduğu qeyd edilib.
Qeyd edək ki, Jones-un təhdid xarakterli paylaşımları və sosial media fəaliyyəti federal orqanlar tərəfindən izlənilib və onun hüquqi məsuliyyət çərçivəsində mühakimə olunması davam edir.
Mövzular: