Reklam resmi
Reklam resmi

Rusiyalılar Çinə vizasız gedə biləcək

Rusiyalılar Çinə vizasız gedə biləcək
Dünya

Rusiyalı vətəndaşlar sentyabrın 15-dən etibarən Çinə vizasız səfər edə biləcəklər.

Ajans.az xəbər verir ki,bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin sözçüsü Quo Jiakun bildirib ki, sınaq vizasız rejimi bir il müddətinə tətbiq olunacaq və 2025-ci il sentyabrın 15-dən 2026-cı il sentyabrın 14-dək qüvvədə qalacaq.

Yeni qaydaya əsasən, adi pasport sahibləri Çinə ailə və dost ziyarəti, işgüzar görüşlər və turizm məqsədilə gedə biləcək və ölkədə 30 günədək qala biləcəklər.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov Moskvanın Meksika və Baham adaları ilə də vizasız rejim barədə dialoqa açıq olduğunu bildirmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Çin

Digər Xəbərlər