Reklam resmi
Reklam resmi

Kreml: Putinin Kim Çen Inla görüşü Pekində müzakirə olunacaq

Kreml: Putinin Kim Çen Inla görüşü Pekində müzakirə olunacaq
Dünya

Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın mümkün görüşü Kim Çen Inın Pekinə gəlişindən sonra müzakirə ediləcək.

Ajans.az xəbər verir ki,bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlama verib.

“Fakt budur ki, Kim Çen In yalnız bu gün axşam Pekinə gəlir. O gəldikdən sonra qrafiklər nəzərə alınaraq nümayəndə heyəti ilə görüşün mümkünlüyü birbaşa müzakirə ediləcək”, – Peskov bildirib.

Eyni zamanda, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun RİA Novosti-yə açıqlamasında qeyd edib ki, hazırda Pekində Kim Çen Inın Putin və ya Çin lideri Si Cinpinlə görüşünün planlaşdırıldığı barədə məlumat yoxdur.

Xatırladaq ki, Şimali Koreya lideri Pxenyandan xüsusi qatarla Çinə yola düşüb. O, İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi münasibətilə Pekində keçiriləcək tədbirlərdə iştirak edəcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kim Çen In Vladimir Putin

Digər Xəbərlər