Reklam resmi
Reklam resmi

Nestlé baş direktorunu vəzifədən azad edilib

Nestlé baş direktorunu vəzifədən azad edilib
Dünya

İsveçrənin qida nəhəngi Nestlé açıqlayıb ki, baş direktor Laurent Freixe birbaşa tabeliyində olan əməkdaşla münasibətinə görə aparılan araşdırmanın nəticəsində vəzifəsindən azad edilib.

Ajans.az xəbər verir ki, bu barədə şirkətin bəyanatı məlumat verib.

Şirkət qərarın dərhal qüvvəyə mindiyini vurğulayıb. Freixeni uzun illərdir şirkətdə rəhbər vəzifələrdə çalışan Filip Navratil əvəz edəcək. Nestlé-nin İdarə Heyətinin sədri Paul Bulke bildirib: “Bu, zəruri qərar idi. Nestlé-nin dəyərləri və idarəçiliyi şirkətimizin möhkəm təməlləridir.”

Freixe 1986-cı ildən şirkətdə çalışırdı. O, 2024-cü ilin sentyabrında baş direktor vəzifəsinə gətirilmişdi. Navratil isə Nestlé-də 2001-ci ildən fəaliyyət göstərir, son olaraq Nespresso bölməsinin baş direktoru olub.

Qeyd edək ki, bu, Nestlé-də son aylarda baş verən kadr dəyişikliklərinin davamıdır. Apreldə Amerika Zonasının rəhbəri Stiv Presli 30 ildən sonra təqaüdə çıxdığını açıqlamış, iyunda isə Bulke 2026-cı ildə yenidən seçilməyəcəyini bildirmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Nestlé Laurent Freixe

Digər Xəbərlər