Reklam resmi
Reklam resmi

“Vogue” jurnalının yeni baş redaktoru məlum oldu

“Vogue” jurnalının yeni baş redaktoru məlum oldu
Dünya

Məşhur fransız rejissor Lui Mallenin və amerikalı aktrisa Kendis Bergenin qızı Xlo Malle “Vogue” jurnalının Amerika versiyasının yeni baş redaktoru təyin edilib.

Ajans.az xəbər verir ki,bu barədə Puck nəşri məlumat yayıb.

Xəbərə görə, təyinat sentyabrın 2-də rəsmi olaraq elan ediləcək. Baş redaktor vəzifəsinə həmçinin Vogue Runwayin qlobal direktoru Nikol Felps də namizəd idi.

Qeyd edək ki, iyunun 26-da britaniyalı jurnalist Anna Vintur 37 il rəhbərlik etdiyi Vogueun baş redaktoru postunu tərk edəcəyini açıqlamışdı. O, Condé Nast nəşriyyat evinin baş məzmun direktoru və jurnalın qlobal redaksiya rəhbəri kimi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, fevral ayında Anna Vintur moda dünyasına verdiyi töhfələrə görə Kral III Çarlz tərəfindən Şərəf Cəngavərləri Ordeni ilə təltif edilmişdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
“Vogue” jurnalı Anna Vintur

Digər Xəbərlər