Qanada virus sürətlə yayılır: Yoluxma sayı artır
Qərbi Afrika ölkəsi Qanada mpox virusunun (M pox) yayılması nəzarətdən çıxmaq üzrədir. Qana Səhiyyə Xidməti (GHS) ötən gün 22 yeni yoluxma faktı qeydə alındığını, bununla da may ayından bəri ümumi yoluxma sayının 446-ya çatdığını açıqlayıb.
Ajans.az xəbər verir ki,rəsmi məlumata görə, indiyədək virusdan yalnız bir ölüm qeydə alınıb. Xidmətin bəyanatında bildirilib ki, mpox əsasən yoluxmuş şəxslə yaxın təmas zamanı ötürülür. Əsas simptomlara isə qızdırma, dəri səpgiləri, limfa düyünlərinin şişməsi, bədən və baş ağrıları daxildir.
Səhiyyə qurumu əhalini gigiyena qaydalarına ciddi riayət etməyə və virus əlamətləri müşahidə olunduqda dərhal tibbi yardıma müraciət etməyə çağırıb.
Qana hökuməti virusun qarşısını almaq üçün may ayından etibarən yüksək risk qruplarını hədəf alan peyvənd kampaniyası həyata keçirir. İlk yoluxma halları mayın 19-da, ilk ölüm isə iyulun 28-də qeydə alınmışdı.
Mövzular: