Xaçmazda velosipedçini maşın VURDU
Xaçmazda 17 yaşlı velosipedçini avtomobil vurub.
Ajans.az xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Canaxır kəndi ərazisindən keçən hissəsində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsi velosiped ilə hərəkətdə olan kənd sakini 2008-ci il təvəllüdlü Nəriman Hüseynovu vurub.
Xəsarət alan yeniyetmə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mövzular: