Reklam resmi
Reklam resmi

İstanbulda meşəlik ərazidə yanğın BAŞLADI

İstanbulda meşəlik ərazidə yanğın BAŞLADI
Dünya

İstanbulda meşəlik ərazilərdə yanğın hadisəsi qeydə alınıb.

Ajans.az Yeni Şafaq-a istinadən xəbər verir ki, İstanbulun Ataşehir rayonundakı Kayışdağı bölgəsində meşəlik ərazidə yanğın başlayıb.

Kayışdağı Ferhatpaşa yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Məlumatdan sonra əraziyə yanğınsöndürənlər və polis göndərilib.

Dərhal yanğınsöndürmə əməliyyatlarına start verilib, yanğınsöndürmə qruplarının sürətli müdaxiləsi nəticəsində yanğın böyümədən nəzarət altına alınıb və söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
meşə yanğın Türkiyə İstanbul Kayışdağı

Digər Xəbərlər