Reklam resmi
Reklam resmi

Putin Türkiyəyə təşəkkür etdi

Putin Türkiyəyə təşəkkür etdi
Dünya

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Ukrayna nizamlanmasında xüsusi rol oynamağa davam edəcəyinə əmindir.

Ajans.az xəbər verir ki, o, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Çində görüşündə deyib.

“Biz türk dostlarımıza Ukrayna böhranının həlli istiqamətində siyasi və diplomatik səylərə əhəmiyyətli töhfələrinə görə minnətdarıq. Bu ilin may ayından etibarən İstanbulda Rusiya-Ukrayna birbaşa danışıqlarının üç raundu artıq keçirilib, bu da humanitar sahədə bir sıra praktiki məsələnin həllində irəliləyiş əldə etməyə imkan verib. Əminəm ki, Türkiyənin bu məsələlərdə xüsusi rolu bundan sonra da tələb olunacaq”, - o bildirib./axar.az

Mövzular:
Vladimir Putin Rusiya Türkiyə

Digər Xəbərlər