Reklam resmi
Reklam resmi

Qadın bıçaqlanaraq ÖLDÜRÜLÜB

Qadın bıçaqlanaraq ÖLDÜRÜLÜB
Dünya

Kambocanın paytaxtı Pnom Penhdə 34 yaşlı britaniyalı qadın qətlə yetirilib.

Ajans.az BBC-ə istinadən xəbər verir ki, yerli polisin məlumatına görə, qadının meyiti cümə günü şəhər mərkəzinin cənubunda, Çamkar Mon rayonundakı bağda bıçaq xəsarətləri ilə aşkarlanıb.

Hadisə ilə bağlı daha bir qadın – onun da xarici ölkə vətəndaşı olduğu bildirilir – hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) BBC News-a açıqlamasında bildirib: “Biz Kambocada həlak olan britaniyalı qadının ailəsinə dəstək göstəririk və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq”.

Yerli medianın yazdığına görə, şübhəlinin həbsi 17 saatlıq istintaqdan sonra həyata keçirilib. Qurbanın isə Pnom Penhdə kirayə mənzildə qaldığı qeyd olunur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Kamboca Böyük Britaniya

Digər Xəbərlər