Yəməndəki hərakat rəhbərliyi İsraili TƏHDİD ETDİ
Yəməndəki husilər İsrailin hücumunda baş nazir Əhməd Qalib ər-Rahavi və bir neçə nazirin həlak olmasından sonra sərt açıqlamalar verib.
Ajans.az xəbər verir ki, Husilər cavab siqnalı verib və İsrailin bölgədəki təhlükəsizliyini təhdid ediblər.
Yəməndəki husilər avqustun 28-də İsrailin paytaxt Sənaya hücumu zamanı baş nazir Əhməd Qalib ər-Rahavi və bir neçə nazirin öldürülməsindən sonra bu ölkəyə hərbi hücumların sayını artıracaqlarını açıqlayıblar.
Husilərin lideri Əbdülməlik əl-Husi verdiyi açıqlamada İsrailin Rehavi və onu müşayiət edən nazirlərin ölümünə səbəb olan hücumunu pisləyib.
Husi, "Düşmən İsrail Cümə axşamı (28 avqust) Dəyişiklik və İnşaat Hökumətini hədəf aldı. Hücum bir qrup nazir və hökumət rəsmisinin şəhid olması ilə nəticələndi" dedi.
Sənadakı hücumda ölənlərin bəzilərinin də mülki vətəndaşlar olduğunu qeyd edən Husi, “Rəketlər, pilotsuz təyyarələr və ya dəniz blokadası vasitəsilə düşmən İsraili hədəf alan hərbi əməliyyatlarımız davamlı, ardıcıl və getdikcə artaraq davam edəcək” dedi.
Yəməndəki husilər avqustun 28-də İsrailin Sənaya hücumu zamanı baş nazir Əhməd Qalib əl-Rehavi və onu müşayiət edən bəzi nazirlərin öldürüldüyünü açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.