Makrondan istefa məsələsi ilə bağlı AÇIQLAMA
Fransa prezidenti Emmanuel Makron Fransa hökumətinə etimad səsverməsi öncəsi vaxtından əvvəl istefa vermək fikrində olmadığını bildirib.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, o, bu barədə Almaniya Kansleri Fridrix Mertzlə birgə mətbuat konfransında bildirib.
Fransa Prezidenti Emmaunel Makron prezidentlik müddəti bitənə qədər vəzifədə qalacağını deyib.
“Fransa xalqı tərəfindən mənə verilən mandat sona qədər icra olunacaq”, - Makron vurğulayıb.
Onu da qeyd edək ki, növbəti ay Fransa parlamentində hökumətin etimad səsverməsində məğlub olacağı təqdirdə, Emmanuel Makronun vəzifədən gedəcəyi ilə bağlı məlumatlar yayılıb.
Makron demokratiyaya inandığını bildirib.
Mövzular: