Reklam resmi
Reklam resmi

Türkiyədə maliyyə müşaviri evinin qarşısında güllələnərək öldürüldü

Türkiyədə maliyyə müşaviri evinin qarşısında güllələnərək öldürüldü
Dünya

Türkiyənin Afyonkarahisar vilayətinin Bolvadin rayonunda maliyyə müşaviri İsmət Çelik (65) evinin qarşısında silahlı hücuma məruz qalıb və aldığı yaralardan dünyasını dəyişib.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə dünən səhər saatlarında Konak məhəlləsində baş verib. Çelik işə getmək üçün evindən çıxarkən avtomobillə gələn və üzünü xizək maskası ilə gizlədən naməlum şəxs tərəfindən atəşə tutulub. Güllə onun ayağına dəyib və o, ağır yaralanıb.

Yaralı maliyyə müşaviri təcili tibbi yardım maşını ilə AFSÜ Xəstəxanasına aparılıb, lakin bu gün səhər həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, İsmət Çelik altı ay əvvəl də evinin qarşısında oxşar hücuma məruz qalıb, lakin o zaman xəsarət almayıb və şikayətçi olmayıb.

Polis hadisə ilə bağlı istintaqa başlayıb, silahlı hücumçunun axtarışları davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə hadisə

Digər Xəbərlər