Reklam resmi
Reklam resmi

Putin Təhlükəsizlik Şurasını topladı

Putin Təhlükəsizlik Şurasını topladı
Dünya

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə MDB-də aparılan işlərlə bağlı iclas keçirib.

Ajans.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti açıqlayıb. 

"Bu gün biz siyasətimizin ən mühüm istiqamətlərindən birini - MDB ölkələri ilə əməkdaşlığı müzakirə edəcəyik. Söhbət bir sıra MDB ölkələri ilə aparılan işlərdən və bu istiqamətdə prioritet məsələlərdən gedir", - Rusiya prezidenti qeyd edib.

Putinin sözlərinə görə, iclasda Rusiyanın bu strateji əhəmiyyətli regionda atacağı addımlar və hədəfləri müzakirə olunacaq.

Qeyd edək ki, oktyabrın 10-da Düşənbədə MDB-yə üzv dövlətlərin başçılarının sammiti, ondan əvvəl isə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Mövzular:
Vladimir Putin Təhlükəsizlik Şurası İclas

Digər Xəbərlər