Reklam resmi
Reklam resmi

Vens: Trampın yerini tutmağa hazıram

Vens: Trampın yerini tutmağa hazıram
Dünya

ABŞ-ın vitse-prezidenti J.D. Vens hazırkı lider Donald Trampa nəsə olacağı təqdirdə prezident vəzifəsini icra etməyə hazır olduğunu bildirib.

Ajans.az USA Today-ə istinadən xəbər verir ki,siyasətçi sualı cavablandırarkən qeyd edib:

“Əgər Allah eləməsin, dəhşətli faciə baş versəydi, mən əldə etdiklərimdən daha yaxşı praktiki təlim təsəvvür edə bilmirəm.”

Vensin sözlərinə görə, vitse-prezident kimi fəaliyyəti ona dövlət başçısının öhdəliklərini icra etmək üçün kifayət qədər bacarıq və təcrübə qazandırıb. Bununla yanaşı, o, Trampın “inanılmaz dərəcədə yaxşı sağlamlıq vəziyyətində” olduğunu və prezidentlik müddətini tamamlamaqda qərarlı olduğunu vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Donald Tramp J.D. Vensi qarşıdan gələn Respublikaçıların seçkisində əsas namizədlərdən biri kimi göstərmişdi: “Hələ tezdir, amma o, əla iş görür. Yəqin ki, indiki məqamda favoritdir”, – deyə Tramp bildirmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Donald Tramp ABŞ

Digər Xəbərlər