Reklam resmi
Reklam resmi

Özcan Dənizin evinə silahlı basqın iddiası – Ölüm təhdidləri gündəm yaratdı

Özcan Dənizin evinə silahlı basqın iddiası – Ölüm təhdidləri gündəm yaratdı
Şou Biznes

Məşhur müğənni və aktyor Özcan Dəniz ailədaxili qalmaqalla gündəmə gəlib.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,sənətçinin böyük qardaşı Ercan Dəniz onun evinə silahla daxil olaraq hədə-qorxu gəlib.

Məlumata görə, tərəflər arasında uzun müddətdir davam edən maliyyə mübahisələri gərginliyi daha da artırıb. Məlumata görə, illər əvvəl Ercan Dənizin götürdüyü kreditlərə Özcan Dəniz zamin olub. Borclar ödənilmədikdə isə müğənninin bank hesablarına və əmlakına həbs qoyulub.

Hadisə ilə bağlı ən səs-küylü iddia isə “Bi Bakalım” verilişində səsləndirilib. Bildirilib ki, Ercan Dəniz qardaşının Zekeriyaköydəki evinə silahla gedərək onu ölüm ilə hədələyib: “Məndən oğurladığını geri verməsən, səni də, özümü də öldürəcəyəm.”

Ailədaxili gərginlikdən sonra anası Kadriye Dəniz də səhhətində ciddi problemlər yaşayıb və infarkt keçirərək xəstəxanaya yerləşdirilib. O, daha sonra açıqlamasında: “Protokol imzalandı, Özcan iki villanı Ercana verdi. Mən Aydına qayıtdım, müalicə alıram, amma geri dönəcəyəm,” – deyə bildirib.

Özcan Dəniz isə ailə qalmaqallarına son qoymaq niyyətində olduğunu vurğulayaraq yalnız oğlu Kuzey və həyat yoldaşı Samar Dadgarı öz ailəsi kimi qəbul etdiyini açıqlamışdı.

Hazırda hadisə ilə bağlı rəsmi açıqlama yoxdur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Özcan Dəniz Türkiyə

Digər Xəbərlər