Reklam resmi
Reklam resmi

Pakistan səfiri XİN-ə ÇAĞRILDI

Pakistan səfiri XİN-ə ÇAĞRILDI
Dünya

Əfqanıstan hökuməti Pakistan səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırki Əfqanıstan hökuməti Pakistan dronlarının Nəngərhər və Xost vilayətlərində yaşayış obyektlərini hədəfə almasına etirazını bildirib.

Məlumata görə, Xost vilayətində dron hücumları 3 uşağın ölümünə və bir neçə şəxsin yaralanmasına səbəb olub.

Nəngərhər vilayətindəki hücumlarda bir ailənin 6 üzvü isə xəsarət alıb.

Mövzular:
XİN Pakistan səfir çağırış Əfqanıstan

Digər Xəbərlər