Tramp hərbi paraddan narazı qalıb
ABŞ prezidenti Donald Tramp iyunda keçirilən hərbi paraddan məyus olduğu üçün ABŞ Hərbi Dəniz Qüvvələri payızda onun üçün daha böyük tədbir hazırlamağa başlayıb.
Ajans.az The Wall Street Journal-a istinadən xəbər verir ki, Tramp Vaşinqtonda təşkil olunan paraddan sonra köməkçilərinə narazılığını bildirib. Buna cavab olaraq Dəniz Qüvvələri gəmilərin iştirakı ilə daha genişmiqyaslı nümayiş planlaşdırır.
İyunun 14-də, Trampın ad günündə, ABŞ ordusunun 250 illiyinə həsr olunmuş parad keçirilmişdi. Tədbir 1775-ci ildə Britaniya müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq üçün yaradılan kontinental ordunun ildönümünə təsadüf edib.
Jurnalist və Trampın bioqrafı Maykl Volf da təsdiqləyib ki, prezident paraddan narazı qalıb və əsgərləri həddi aşmaqda günahlandırıb.
Mövzular: