Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 12-ci dəqiqəsində qonaqlar önə keçib.

Lenni Cozef adını tabloya yazdırıb.

Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab bərabərləşib.

Ağdam təmsilçisinin futbolçusu Leandro Andrade Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 25-ci dəqiqəsində fərqlənib.

Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.

Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə hesabda önə keçib. 45-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

82-ci dəqiqədə Aleks Tot cərimə zərbəsindən topu qapıya göndərib.