Rusiya Avropanın təkliflərini rədd edir
Kreml Ukrayna ilə bağlı danışıqlar barədə yeni açıqlama yayıb.
Ajans.az bəyanata istinadən xəbər verir ki, Rusiya Avropanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə müsbət yanaşmır və NATO qoşunlarının Ukraynada yerləşdirilməməli olduğunu vurğulayır.
Kreml həmçinin qeyd edib ki, ABŞ-ın səylərinin davam etməsini ümid edir və Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda Çinə səfərə hazırlaşdığını bildirib.
Bəyanatda əlavə olunur ki, Ukraynada təhlükəsizlik zəmanətləri ilə bağlı ictimai müzakirələr faydalı hesab edilmir və Ukrayna ilə yüksək səviyyəli danışıqların effektivliyi üçün hərtərəfli hazırlıq görülməlidir.
Mövzular: