Reklam resmi
Reklam resmi

Merz Rusiyanı sərt hədələdi

Merz Rusiyanı sərt hədələdi
Dünya

Almaniya kansleri Fridrix Merz Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenski arasında görüş baş tutmayacağı təqdirdə Moskvanı yeni və daha sərt sanksiyalarla hədələyib.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki, Merz bu açıqlamanı Kanadanın baş naziri Mark Karni ilə birgə keçirdiyi mətbuat konfransında verib.

“Bu məsələ ilə bağlı Avropa İttifaqı əlavə sanksiyalar hazırlayır. ABŞ prezidenti Donald Tramp da əlavə cəza rüsumlarının tətbiqini istisna etmir”, – kansler bildirib.

Onun sözlərinə görə, Qərb liderləri yaxın iki həftə ərzində Putinlə Zelenski arasında görüşün keçirilməsini gözləyirlər. Əgər bu baş tutmazsa, “top yenidən avropalıların və amerikalıların meydanında olacaq”.

Merz əlavə edib ki, bu halda ABŞ prezidenti Tramp alternativ olaraq Rusiya, Ukrayna və ABŞ liderlərinin üçtərəfli görüşünü təşkil etməyi təklif edib.

Xatırladaq ki, Merz daha əvvəl Ukraynada sülhə nail olmağın vaxt tələb etdiyini, münaqişənin həllinin isə asan olmayacağını vurğulamışdı.

author picture
Leyla Bayandurlu
Mövzular:
Merz Rusiya

Digər Xəbərlər