Reklam resmi
Reklam resmi

Silahlı hücum: 2 polis əməkdaşı həlak olub

Silahlı hücum: 2 polis əməkdaşı həlak olub
Dünya

Avstraliyanın Viktoriya ştatında baş verən atışma nəticəsində iki polis əməkdaşı həyatını itirib, biri isə yaralanıb.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə Porepunkah şəhərində yerli vaxtla səhər saat 10:30 radələrində baş verib. Viktoriya polisinin açıqlamasına görə, hücum edən şəxs hadisə yerindən qaçıb və onun harada olduğu hələ məlum deyil. Şübhəlinin tutulması üçün genişmiqyaslı əməliyyat-axtarış tədbirləri davam edir.

Sakinlərə Porepunkah və ətraf ərazilərdə evdə qalmaq və növbəti xəbərdarlığa qədər əraziyə səyahət etməmək tövsiyə olunub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Avstraliya Silahlı hücum

Digər Xəbərlər