İlon Mask Apple-ı məhkəməyə verib
İlon Maskın dəstəklədiyi xAI və digər şirkətləri Apple və OpenAI-ni potensial rəqiblərin təhdidlərini qeyri-qanuni yollarla məhdudlaşdırmaqda ittiham edərək ABŞ-da məhkəməyə müraciət edib.
Ajans.az BBC-ə istinadən xəbər verir ki,iddia Apple-ın OpenAI-nın chatbotunu öz əməliyyat sistemlərinə inteqrasiya etməsi ilə bağlıdır. Muskın şirkətləri bu addımı “rəqabəti pozan eksklüziv razılaşma” adlandıraraq, App Store-da ChatGPT tətbiqinə üstünlük verildiyini və digər generativ süni intellekt chatbotlarının bazara çıxışının məhdudlaşdırıldığını bildiriblər.
Məhkəmə sənədində qeyd olunub ki, OpenAI ABŞ-da generativ süni intellekt chatbot bazarının təxminən 80%-inə, Apple isə smartfon bazarının 65%-inə nəzarət edir. Muskın şirkətləri iddia edir ki, bu razılaşma rəqabəti zəiflədir, innovasiyanı azaldır və bazarda inhisarçılığa yol açır.
Apple məsələ ilə bağlı dərhal şərh verməyib. OpenAI isə müraciətin “cənab Maskın davam edən təqib nümunəsinə uyğun” olduğunu bildirib.
Qeyd edək ki, Musk və OpenAI-in qurucularından Sam Altman 2015-ci ildə birlikdə OpenAI-ni təsis ediblər. Lakin sonrakı illərdə Musk və Altman arasında rəqabət gərginliyi artıb, Musk xAI və Grok kimi öz süni intellekt layihələrini işə salıb.