Reklam resmi
Reklam resmi

Tramp ölkələri ticarət müharibəsi ilə hədələdi

Tramp ölkələri ticarət müharibəsi ilə hədələdi
Dünya

ABŞ prezidenti Donald Tramp ABŞ texnologiya şirkətlərinə rəqəmsal vergilər tətbiq edən ölkələrə qarşı sərt tədbirlər görəcəyini bəyan edib.

Ajans.az xəbər verir ki o, Truth Social platformasında dərc etdiyi müraciətdə bildirib ki, belə vergilər və qaydalar Amerika texnologiyasına qarşı ayrı-seçkilik məqsədi daşıyır:

“Rəqəmsal vergilər, xidmətlər haqqında qanunlar və bazarların tənzimlənməsi hamısı Amerika texnologiyasına zərər vermək üçün nəzərdə tutulub. Buna dərhal son qoyulmalıdır”, – deyə Tramp yazıb.

Prezident xəbərdarlıq edib ki, əgər bu tədbirlər ləğv edilməsə, ABŞ həmin ölkələrin ixracına əlavə tariflər tətbiq edəcək, həmçinin yüksək texnologiyalar və çiplərin tədarükünə məhdudiyyətlər qoyacaq.

Tramp sonda qeyd edib: “Amerikaya və heyrətamiz texnologiya şirkətlərimizə hörmət göstərin, yoxsa nəticələri ilə üzləşəcəksiniz.”

author picture
Leyla Bayandurlu
Mövzular:
Donald Tramp ABŞ

Digər Xəbərlər