Reklam resmi
Reklam resmi

Okeanlarda güclü fırtınaları yaranıb

Okeanlarda güclü fırtınaları yaranıb
Dünya

Atlantik okeanında “Fernand” tropik fırtınası davam etdiyi bir vaxtda, Sakit okeanda “Cülyetta” tropik fırtınası formalaşıb.

Ajans.az ABŞ Milli Qasırğa Mərkəzinə istinadən xəbər verir ki, hər iki fırtına ilə bağlı sahil əraziləri üçün nə müşahidə, nə də xəbərdarlıq elan olunmayıb.

“Cülyetta” fırtınası Meksikanın Aşağı Kaliforniya yarımadasının cənub ucundan təxminən 440 mil (708 km) məsafədə qeydə alınıb. Onun maksimal küləklərinin sürəti saatda 64 km-ə çatır. Fırtınanın yaxın günlərdə bir qədər güclənəcəyi, lakin çərşənbə günündən zəifləməyə başlayacağı proqnozlaşdırılır.

Atlantik okean hövzəsində isə şənbə günü yaranmış “Fernand” fırtınası Bermudadan təxminən 579 km şərq-şimal-şərqdə yerləşir. Onun küləklərinin sürəti saatda 80 km təşkil edir. Proqnozlara görə, “Fernand” açıq sularda qalacaq, yaxın günlərdə isə zəifləyəcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Atlantik okeanı Sakit okean

Digər Xəbərlər