Reklam resmi
Reklam resmi

Məhşur serialının ulduzu vəfat edib

Məhşur serialının ulduzu vəfat edib
Dünya

Məşhur Amerika aktyoru, HBO-nun kult serialı “The Sopranos”-da konsilyer Herman “Hesh” Rabkin obrazı ilə tanınan Cerri Adler 96 yaşında dünyasını dəyişib.

Ajans.az Fox News-a istinadən xəbər verir ki,Bruklin əsilli sənətçi şənbə günü yuxuda, sakit şəkildə vəfat edib.

Teatr karyerasına səhnəarxası işlərdən başlayan Adler 1950–1980-ci illərdə Broadway-də 50-dən çox tamaşada səhnə meneceri, supervayzer və rejissor kimi çalışıb. O, Julie Andrews-un baş rolda olduğu “My Fair Lady” (1956), Katharine Hepburn-un iştirak etdiyi “Coco” (1969), məşhur “Annie” (1977) və Richard Burton-un oynadığı “Camelot” (1980) kimi ikonik səhnə əsərlərinə rəhbərlik edib.

1990-cı illərdə aktyorluğa başlayan Adler “The Public Eye” (1992), “Manhattan Murder Mystery” (1993) və “Escape from Terror” (1996) filmlərində rol alıb. Onun ən böyük şöhrəti isə “The Sopranos” serialındakı obrazı ilə gəlib. Daha sonra o, CBS-in “The Good Wife” və “The Good Fight”, eləcə də FX-in “Rescue Me” seriallarında yaddaqalan rolları ilə tamaşaçıların sevgisini qazanıb.

Adler həmçinin “Northern Exposure”, “Mad About You”, “Curb Your Enthusiasm” və “The West Wing” kimi məşhur televiziya layihələrində də çıxış edib.

Aktyor Broadway səhnəsinə də geri dönüb – 2000-ci ildə “Tallulah Bankhead”, 2015-ci ildə isə “Fish in the Dark” tamaşalarında iştirak edib.

 

Mövzular:
“The Sopranos” Cerri Adler

Digər Xəbərlər