Reklam resmi
Reklam resmi

Ukrayna ordusu daha bir kəndi AZAD ETDİ

Ukrayna ordusu daha bir kəndi AZAD ETDİ
Dünya

Ukrayna hərbçiləri Donetsk vilayətinin Novomixaylovka kəndini Rusiya işğalından azad edib.

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Silahlı Qüvvələrin Üçüncü Ordu Korpusu məlumat yayıb.

Bildirilir ki, Baş Kəşfiyyat İdarəsinin tərkibindəki “Artan” xüsusi təyinatlı dəstəsinin əməliyyatı ilə işğalçılar qəsəbə ərazisindən çıxarılıb və nəzarət bərpa edilib.

Qeyd edək ki, bundan öncə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Mixaylovka, Zelyonıy Qay və Vladimirovka kəndlərinin işğaldan azad edildiyini bildirmişdi.

Onu da qeyd edək ki, bundan öncə Ukrayna ordusu Donetsk vilayətində uğurlu əks-hücumlar həyata keçirib və üç yaşayış məntəqəsini azad edib.

"Qoşunlarımız uğurla əks hücuma keçərək Donetsk vilayətinin kəndlərini - Mixaylovka, Zeltonıy Qay, Vladimirovkanı düşməndən təmizləyiblər. Vəziyyət həqiqətən ağırdır, düşmən əsas səylərini cəbhənin bu hissəsində cəmləyib. Amma biz müdafiə xəttini saxlamalıyıq", - deyə baş komandan əlavə edib.

Mövzular:
Ukrayna Rusiya münaqişə kənd azad ordu

Digər Xəbərlər