Reklam resmi
Reklam resmi

ABŞ-nin vitse-prezidenti Vensdən AÇIQLAMA: ABŞ qoşunları...

ABŞ-nin vitse-prezidenti Vensdən AÇIQLAMA: ABŞ qoşunları...
Dünya

ABŞ öz qoşunlarını Ukraynaya göndərməyəcək, amma Vaşinqton Kiyev üçün təhlükəsizlik zəmanətlərinin verilməsində fəal rol oynamaq niyyətindədir. 

Ajans.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens “NBC News”a müsahibəsində deyib.

“ABŞ Prezident Donald Tramp Ukraynada ABŞ qoşunlarının olmayacağını çox açıq şəkildə ifadə etdi. Lakin biz ukraynalılara müharibəni dayandırmaq üçün təhlükəsizlik təminatlarını və inamı təmin etməyə çalışmaqda fəal rol oynayacağıq”, -deyə Vens bildirib.

O, eyni zamanda qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp 7 ay ərzində Rusiyaya Baydenin 3 ildə etdiyindən daha çox təzyiq göstərib.

Vitse-prezident buna misal olaraq Vaşinqtonun Rusiyadan neft idxal edən Hindistana qarşı əlavə rüsumlar tətbiq etmək qərarını göstərib.

Onun sözlərinə görə, Trampın əlində münaqişə tərəflərinə təsir göstərmək və onu başa çatdırmaq üçün çox kart var, lakin münaqişənin həlli üçün yeganə yol diplomatiyadır.

Mövzular:
Ukrayna ABŞ təhlükəsizlik təminat qoşun

Digər Xəbərlər