Reklam resmi
Reklam resmi

Sergey Markov Rusiyada xarici agent elan edildi

Sergey Markov Rusiyada xarici agent elan edildi
Dünya

Rusiya Ədliyyə Nazirliyi tanınmış politoloq, Dövlət Dumasının keçmiş deputatı və Rusiya İctimai Palatasının sabiq üzvü Sergey Markovu xarici agentlər siyahısına daxil edib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Nazirliyin məlumatına görə, Markov Rusiya hakimiyyəti haqqında yalan məlumatların yayılmasında, arzuolunmaz təşkilatların kontentinin tirajlanmasında, həmçinin xarici KİV-lərin  xarici agentlərin platformalarında respondent qismində iştirak etməkdə ittiham olunur.

Qeyd edək ki, Markov uzun illər Kremlin siyasətini dəstəkləyən çıxışları ilə tanınıb.

Mövzular:
Rusiya Ədliyyə Nazirliyi Dövlət Duması Rusiya İctimai Palatası Sergey Markov

Digər Xəbərlər