Reklam resmi
Reklam resmi

FTB Trampın keçmiş müşavirinin evinə basqın edib

FTB Trampın keçmiş müşavirinin evinə basqın edib
Dünya

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri sabiq prezident Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun evinə basqın ediblər.

Ajans.az The New York Post-a istinadən xəbər verir ki, əməliyyat yerli vaxtla səhər saat 07:00-da Boltonun Merilend ştatının Bethesda şəhərindəki evində həyata keçirilib. Basqının milli təhlükəsizliklə bağlı araşdırma çərçivəsində aparıldığı bildirilir.

Nəşrin yazdığına görə, əməliyyatın keçirilməsi barədə göstərişin FTB direktoru Keş Patel tərəfindən verildiyi iddia olunur.

ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri bildirib ki, sözügedən araşdırma məxfi sənədlərlə bağlı olub və bir neçə il əvvəl başlanıb. Onun sözlərinə görə, araşdırma Co Bayden administrasiyası dövründə “siyasi səbəblərə görə” dayandırılmışdı.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Federal Təhqiqatlar Bürosu Donald Tramp

Digər Xəbərlər