Xəstəxanada yanğın — 1 nəfər tüstüdən zəhərləndi
İstanbulun Qaziosmanpaşa rayonunda yerləşən 5 mərtəbəli özəl xəstəxananın zirzəmisində yanğın baş verib. Hadisə zamanı tüstüdən zəhərlənən 1 nəfərə təcili tibbi yardım göstərilib.
Ajans.az Haber Global-a istiandən xəbər verir ki,yanğın saat 11:30 radələrində Yeni Məhəllədə, Cengiz Topel küçəsindəki xəstəxananın ikinci zirzəmisində yerləşən sistem otağında naməlum səbəbdən başlayıb. Qısa müddətdə tüstü birinci mərtəbəyə yayılıb.
Xəbərdarlıqdan sonra əraziyə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və polis cəlb olunub. Tüstüyə görə xəstəxana əməkdaşları və ambulator xəstələr öz imkanları ilə binanı boşaldıblar. Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Hadisə şahidlərindən Ayşə Yalçın jurnalistlərə açıqlamasında bildirib:
“Laboratoriyada növbə gözləyirdim. Birdən kəskin qoxu gəldi və yanğın siqnalı işə düşdü. Əvvəlcə səhv olduğunu düşündük, lakin təkrar siqnaldan sonra hamımızı yuxarıya yönləndirdilər. Daha sonra tüstü güclənməyə başladı və dərhal çölə çıxdıq.”