Reklam resmi
Reklam resmi

Dalğıclar məşhur sualtı heykəlini təmizlədilər

Dalğıclar məşhur sualtı heykəlini təmizlədilər
Dünya

İtaliyanın Portofino sahilləri yaxınlığında yerləşən məşhur “Uçurumun Məsihi” sualtı heykəli polis dalğıcları tərəfindən təmizlənib. 1954-cü ildə dənizdə həlak olanların xatirəsinə qoyulmuş bürünc heykəl hər il xüsusi prosedurla təzyiqli su ilə yosun və dəniz canlılarından təmizlənir.

Ajans.az Associated Press-ə istiandən xəbər verir ki,əlləri xeyir-dua verirmiş kimi qaldırılmış 2,5 metrlik heykəl II Dünya müharibəsində həlak olmuş italyan əsgərlərinin və gəmilərinin əridilmiş medallarından hazırlanıb. O, həm fədakarlıq, həm də sülh simvolu hesab olunur. Oxşar nüsxələri Florida ştatının Key Larqo sahillərində və Qrenadada mövcuddur.

Abidə Liquriya sahillərində, Portofino ilə Camogli arasında, San Fruttuoso körfəzində yerləşir. Təxminən 18 metr dərinlikdə yerləşən heykəl dalğıçların ən çox ziyarət etdiyi Aralıq dənizi abidələrindən biridir. Onun səthdən görünməsi isə həm kayakçıları, həm də turistləri cəlb edir.

Arxeoloqların sözlərinə görə, avqustun 19-da keçirilən son təmizləmə prosesi zamanı yalnız dəniz suyundan istifadə olunub və bu, heykələ və dəniz ekosisteminə heç bir zərər verməyib. Alessandra Cabella, Liguriya Arxeologiya Nəzarəti Ofisinin sənət tarixçisi, bildirib:

“Ətrafda saysız-hesabsız balıq görmək mümkündür. Bu, ətraf mühitə sıfır təsiri olan bir fəaliyyətdir”.

“Uçurumun Məsihi”nin bərpası 2004-cü ildən xüsusi texnika ilə aparılır. Daha əvvəl istifadə edilən metal fırçalar heykəlin səthinə ziyan vuraraq çatlar əmələ gətirmişdi. Bu səbəbdən mütəxəssislər yalnız su ilə təmizləmə metoduna keçiblər.

Heykəl italyan heykəltəraş Guido Galletti tərəfindən dənizdə həlak olmuş bir dalğıcın xatirəsinə hazırlanıb. Onun içi sement və dəmir çubuqlarla möhkəmləndirildiyindən zamanla daxildən korroziya riski də mövcuddur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
sualtı heykəli İtaliya

Digər Xəbərlər